Putin və Trampın telefon danışığı və İsrailin Qəzzaya zərbələri Kremlin gündəminə çevrildi – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ-nin prezidenti Donald Tramp arasında gözlənilən telefon danışığı, eləcə də İsrailin Qəzza zolağına endirdiyi zərbələr Kremlin sözçüsü Dmitri Peskovun brifinqinin əsas mövzuları olub.

Putinin çıxışı və telefon danışığı
    •    Prezident Putinin Federal Məclisə müraciətinin tarixi hələ müəyyən edilməyib və xarici siyasi vəziyyətlə heç bir əlaqəsi yoxdur.
    •    Putin və Tramp arasında telefon danışığı Moskva vaxtı ilə 16:00-18:00 aralığında baş tutacaq.
    •    Liderlər ikitərəfli münasibətlərin normallaşdırılması, Ukrayna böhranı və bir sıra digər məsələləri müzakirə edəcəklər.
    •    Danışığın müddəti prezidentlərin istəyinə bağlı olacaq.
    •    Kremlin bu görüşün nəticələrini hansı formatda açıqlayacağı hələ dəqiqləşməyib, lakin məlumat operativ şəkildə təqdim ediləcək.

İsrailin Qəzzaya hücumları
    •    Kreml İsrailin Qəzza zolağına zərbələrini "gərginliyin artmasına səbəb olan addım" kimi qiymətləndirib və vəziyyəti diqqətlə izlədiyini bildirib.
    •    Rusiya tərəfi Qəzzadakı vəziyyətin sabitləşəcəyinə ümid etdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31