ABŞ: “Orejnik” Rusiyaya NATO əməliyyatlarını pozmaq imkanı verir– ÖZƏL

Olaylar.az xəbər verir ki, Vaşinqtondakı Hərbi Dəniz Analizləri Mərkəzinin eksperti Deker Evelet bildirir ki, Rusiyanın yeni "Orejnik" orta mənzilli raket kompleksi NATO-nun əməliyyatlarını əngəlləyə bilər.

Foreign Policy-də dərc olunan məqaləsində o qeyd edib ki, bu silah Rusiyaya nüvə tətbiq etmədən güclü zərbələr endirmək imkanı tanıyır. Bir "Orejnik" raketi altı döyüş başlığı daşıya bilər və hər başlıq daha altı submühərriklə təchiz olunub. Nəticədə bir raket 36 submühərrik buraxaraq geniş ərazini hədəfə ala bilir. Bu isə Rusiyaya nüvə silahı tətbiq etmədən NATO-nun hava bazalarını, komanda məntəqələrini və raket komplekslərini məhv etmək imkanı yaradır.

Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko "Orejnik"in tezliklə Belarus ordusunun silahlanmasına daxil ediləcəyini açıqlamışdı. Hərbi ekspert Yuri Knutov isə raketin yüksək texniki göstəricilərinin SSRİ-də material müqaviməti sahəsindəki inkişafla bağlı olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31