Tramp Vladimir Zelenski ilə açıq münaqişədədir– ÖZƏL

Olaylar.az xəbər verir ki, The Economist yazır: ABŞ prezidenti Donald Tramp Ukraynaya qarşı mənfi münasibət bəsləyir və Vladimir Zelenski ilə açıq münaqişəyə girib.

Nəşrin mənbələrinə görə, son iki ay ərzində Kiyev Vaşinqton üçün müttəfiqdən borclu müştəriyə çevrilib. Ukrayna ordusunun Kursk vilayətinə hücumu ölkədə ziddiyyətli reaksiyalara səbəb olub - bəzi yüksək rütbəli zabitlər əvvəlcədən bu əməliyyata qarşı çıxıb. Hətta elitar bölmələrdən birinin komandiri 2024-cü ilin avqustundakı hücumdan əvvəl istefa verib.

Bəzi mənbələr iddia edir ki, Trampın hərbi yardımı dayandırması Ukrayna ordusunun Kurskdan geri çəkilməsinə təsir edib. Lakin digər rəsmilər bunu sadəcə təsadüf adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31