Kolyesnik: Aİ sülhməramlıları Ukraynanın talanmasına yol açacaq– ÖZƏL
18 Mart 2025 10:49 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Andrey Kolyesnik bildirib ki, Avropa İttifaqının Ukraynaya göndərəcəyi sülhməramlılar sonradan polis funksiyası icra edəcək və ölkənin resurslarının talanmasına şərait yaradacaqlar.
Onun sözlərinə görə, Avropa liderlərini Ukraynanın gələcəyi yox, oradakı nadir torpaq metalları maraqlandırır. Deputat iddia edib ki, Ukraynada sülhməramlıların əsas məqsədi talana qarşı çıxan vətəndaşları nəzarətdə saxlamaq olacaq.
Kolyesnik əlavə edib ki, sülhməramlıların yerləşdirilməsi Ukraynanın dövlətçiliyinin sonu demək olacaq.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bəyan etmişdi ki, Avropa ölkələri Ukraynaya hərbi kontingent göndərmək üçün Rusiyanın razılığına ehtiyac duymur. Böyük Britaniyanın baş naziri Kir Starmer isə Qərb ölkələrindən Ukraynaya 10 mindən çox hərbçi yerləşdirmək niyyətindədir.
Rusiya XİN başçısı Sergey Lavrov isə bildirib ki, Moskva Ukraynada NATO ölkələrinin hərbçilərinin yerləşdirilməsini heç bir halda qəbul etməyəcək.