Tramp Kennedi ilə bağlı məxfi sənədləri açıqlayacaq
18 Mart 2025 10:19 DünyaOlaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp 35-ci prezident Con Kennedinin qətlinin araşdırılması ilə bağlı təxminən 80 min səhifəlik sənədin ictimaiyyətə təqdim ediləcəyini bildirib.
Vaşinqtondakı Kennedi İfaçılıq Sənətləri Mərkəzində çıxışı zamanı Tramp bu sənədləri açıqlayacağına dair əvvəlki vədini yerinə yetirəcəyini vurğulayıb.
Bundan əvvəl, 23 yanvarda, Tramp həm Kennedinin, həm də Nobel Sülh Mükafatı laureatı Martin Lüter Kinqin ölümü ilə bağlı sənədlərin məxfilik statusunun ləğvinə icazə verən sərəncam imzalamışdı.
Con Kennedi 22 noyabr 1963-cü ildə, Dallasda keçirilən seçki kampaniyası zamanı qətlə yetirilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31