ABŞ giriş məhdudiyyəti siyahısını təkzib etdi– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Təmmi Brüsin sözlərinə görə, vətəndaşlarına ABŞ-yə girişin qadağan ediləcəyi və ya məhdudlaşdırılacağı ölkələr siyahısı mövcud deyil.

Bundan əvvəl KİV-lərdə yayılan məlumatlara görə, belə bir siyahıya Rusiya da daxil edilə bilərdi.

Brüs bildirib ki, son günlər müzakirə edilən mövzu real siyahı deyil, prezident Donald Trampın tapşırığı ilə aparılan təhlükəsizlik və giriş icazələri ilə bağlı bir nəzərdən keçirmə prosesidir.

Xatırladaq ki, The New York Times 15 martda mənbələrə istinadən ABŞ-nin 43 ölkədən vətəndaşların girişini məhdudlaşdırmaq imkanını nəzərdən keçirdiyini yazmışdı. Qəzetə görə, bu məhdudiyyətlər Suriya, Sudan, Liviya, KXDR və Əfqanıstan da daxil olmaqla 11 ölkə üçün tam qadağa formasında ola bilər, Rusiya, Belarus və Türkmənistan üçün isə ciddi viza məhdudiyyətləri tətbiq edilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31