“Ermənistan hava yolları” fəaliyyətini dayandırır

Ermənistanın iri aviadaşıyıcısı - "Ermənistan hava yolları" şirkəti aprelin 7-dən etibarən fəaliyyətini müvəqqəti olaraq dayandıracağını elan edib.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan KİV şirkətin bəyanatına istinadən məlumat yayıb.

Məlumata əsasən, fəaliyyətin dayandırılması aviaparkın yenilənməsi və yeni laynerlərin alınması ilə əlaqədardır.

Ermənistan aviaşirkəti bazara nə vaxt qayıdacağını açıqlamasa da, öncədən bilet bron etmiş sərnişinlərin pullarının tam məbləğdə qaytarılacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31