Berbok: Almaniya üçün ABŞ və Avropanın birlikdə hərəkət etməsi kritik əhəmiyyət daşıyır- ÖZƏL

Almaniyanın xarici işlər naziri Annalena Berbok ABŞ və Avropanın Rusiya ilə bağlı vahid mövqedə olması zərurətini vurğulayıb. Olaylar.az xəbər verir ki, bu barədə Tagesschau proqramı məlumat yayıb.

Berbok ABŞ prezidenti Donald Trampa müraciət edərək, Ukrayna məsələsində Rusiya qarşısında "razılaşdırılmamış güzəştlərə getməməyə" çağırıb. Onun sözlərinə görə, Berlin üçün ABŞ və Avropanın bu məsələdə həmrəyliyi kritik əhəmiyyət kəsb edir. Bununla belə, Almaniya XİN rəhbəri Vaşinqton və Moskva arasında dialoq ideyasına qarşı olmadığını da bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp martın 18-də Rusiya prezidenti Vladimir Putinlə danışıq aparmağı planlaşdırdığını açıqlamış, bu məlumatı Rusiya tərəfi də təsdiqləmişdi.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31