ABŞ Ermənistana hərbi texnika daşıyacaq
17 Mart 2025 14:28 DünyaABŞ Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona köçürmək istəyir.
Olaylar.az xəbər verir ki, bu barədə RT sənədlərə istinadən məlumat yayıb.
Qeyd olunub ki, texnikanın daşınması Gürcüstan ərazisindən həyata keçiriləcək:
"Daşınma iyulun 16-na planlaşdırılıb və avqustun 7-dək davam etməlidir. Almaniyaya qayıdış 2025-ci il avqustun 21-dən sentyabrın 20-dək nəzərdə tutulub. Ümumilikdə nəqliyyat vasitələri, generatorlar və ixtisaslaşdırılmış konteynerlər də daxil olmaqla, 151 ədəd texnikanın daşınması planlaşdırılır". (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31