Rusiya Dövlət Dumasının deputatı: Qərb Krımda mediaya tam nəzarət etməyə çalışırdı – ÖZƏL
17 Mart 2025 14:09 DünyaKrım yarımadasında 2014-cü ilədək fəaliyyət göstərən media qurumlarının əksəriyyəti Qərb ölkələrinin qrantları hesabına maliyyələşirdi.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Krımdan olan deputatı, Təhlükəsizlik Komitəsinin üzvü Mixail Şeremet mətbuat konfransında bəyan edib.
"Hadisələrə indi başqa bir prizmadan baxanda başa düşürsən ki, Qərb icması bizim yarımadamızın sakinlərinə qarşı necə qeyri-insani texnologiyalar tətbiq edirdi. Məqsəd isə dəyişməz qalırdı - bütün KİV-ləri ələ keçirmək və insanların şüuruna təsir göstərmək. Krımda da yalnız Qərb qrantları hesabına fəaliyyət göstərən çoxlu sayda qeyri-hökumət təşkilatları (QHT) var idi. Necə deyərlər, pulu kim verirsə, musiqini də o sifariş edir. Məhz bu səbəbdən Qərb texnologiyalarının təsiri ilə biz bir vaxtlar qardaş hesab etdiyimiz Ukrayna ərazisində baş verən qeyri-insaniləşmənin şahidi olduq", - deyə o bildirib.
Şeremetin sözlərinə görə, Krım sakinlərinə qarşı "ukraynalaşdırma" texnologiyaları işləməyib.
Xatırladaq ki, 11 il əvvəl - 16 mart 2014-cü ildə Ukraynada baş verən dövlət çevrilişi fonunda Krım və Sevastopol şəhərində referendum keçirilib. Referendumda seçki hüququna malik olan sakinlərin 80%-dən çoxu iştirak edib və onların mütləq əksəriyyəti - Krımda 96,7%, Sevastopolda isə 95,6%-i Rusiyaya birləşməyə səs verib. 18 mart 2014-cü ildə Rusiya Prezidenti və Krım rəhbərliyi regionların Rusiya Federasiyasına daxil olması ilə bağlı müqavilə imzalayıb, 21 martda isə bu sənəd Federal Məclis tərəfindən ratifikasiya edilib.