Macarıstan Ukraynaya hərbi yardımın uzadılmasına qarşı çıxacaq – ÖZƏL
17 Mart 2025 12:15 DünyaOlaylar.az xəbər verir ki, Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Szijjarto Brüsseldə keçiriləcək Aİ xarici işlər nazirlərinin toplantısında Ukraynaya Avropa vergiödəyicilərinin hesabına hərbi dəstəyin uzadılmasına qarşı çıxacaqlarını bildirib.
Nazir sosial şəbəkə hesabında yazıb ki, Brüsseldə Ukraynaya milyardlarla avro və ya hərbi ləvazimat ayrılması ilə bağlı bir neçə təklif müzakirə olunacaq:
"Biz Brüsselə gedirik ki, hərbi əməliyyatlara dəstək verilməsinə və sülh danışıqlarının uğuruna töhfə verilməsinə qarşı çıxaq."
Szijjartonun fikrincə, Brüssel beynəlxalq təcrid vəziyyətindədir, çünki "münaqişəni dəstəkləyən liberal Avropa siyasətçiləri Rusiyayla ABŞ arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarının uğur qazanmasının qarşısını almağa çalışırlar."
Macarıstan hökuməti dəfələrlə bildirib ki, bu cür danışıqları dəstəkləyir və Ukraynada sülhə nail olmağın yeganə yolunun məhz bu olduğunu hesab edir.