Kallas: Aİ-nin Kiyevə 40 milyard avroluq yardım planını təsdiqləməklə bağlı çoxlu problemləri var - ÖZƏL
17 Mart 11:26 DünyaAvropa İttifaqı (Aİ) Ukraynaya 40 milyard avro məbləğində yeni yardım paketinin ayrılması ilə bağlı hələ də bir sıra detalları razılaşdırmalıdır. Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nin diplomatik xidmət rəhbəri Kaja Kallas xarici işlər nazirlərinin görüşü öncəsi açıqlama verib.
"Bu qərara ümumi siyasi dəstək var, lakin hələ də razılaşdırılmalı olan bir çox detal mövcuddur. Müdafiə nazirləri də bu məsələ ilə bağlı mövqelərini bildirməlidirlər və biz onların fikirlərini dinləmək niyyətindəyik", - deyə Kallas bildirib.
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31