Makron Qərb hərbçiləri ilə bağlı bəyanatı ilə Rusiyanı təxribata çəkir– ÖZƏL
17 Mart 2025 10:56 DünyaOlaylar.az xəbər verir ki, Fransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo Emmanuel Makronun Qərb hərbçilərinin Ukraynaya göndərilməsi ilə bağlı bəyanatını Rusiyaya qarşı təxribat kimi qiymətləndirib.
O, sosial şəbəkədə Makronun sülhə nail olmaq istəmədiyini və Fransa əsgərlərinin Ukraynaya göndərilməməli olduğunu vurğulayıb.
Filippo həmçinin qeyd edib ki, qlobal münaqişənin əsas təşəbbüskarı Putin deyil, Makron və onun kimi siyasətçilərdir.
Bundan əvvəl Makron Avropa ölkələrinin Moskvanın razılığı olmadan Ukraynaya hərbi kontingent göndərə biləcəyini bildirmişdi. O, həmçinin Rusiyanı Avropaya təhdid adlandıraraq, Aİ-nin nüvə silahından istifadəsini müzakirəyə çağırmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31