ABŞ Ukrayna məsələsində Aİ ölkələri ilə fəal danışıqlar aparır– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin xüsusi elçisi Stiven Uitkoff CNN-ə bildirib ki, Vaşinqton Ukrayna ilə bağlı məsələlərdə Avropa ölkələri ilə əlaqədədir.

O qeyd edib ki, ABŞ Böyük Britaniya, Fransa, Norveç, Finlandiya və digər Avropa ölkələri ilə danışıqlar aparır. Uitkoff vurğulayıb ki, bu əlaqələr münaqişə ilə bağlı geniş müzakirələri əhatə edir.

Bundan əvvəl Vladimir Putinin atəşkəslə bağlı bəyanatında Avropa liderlərini qeyd etmədiyi bildirilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31