ABŞ-nin Yəmənə endirdiyi aviazərbələr nəticəsində 50-dən çox insan həlak olub
17 Mart 2025 10:02 DünyaABŞ-nin Yəmənə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı beşi uşaq olmaqla, 53 nəfərə çatıb.
Olaylsr.az xəbər verir ki, bu haqda BBC Husilərin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Husi üsyançıların ABŞ-nin Qırmızı dənizdəki gəmilərinə hücumundan sonra rəsmi Vaşinqton Husi hədəflərinə yönəlmiş "qətiyyətli və güclü" zərbələr dalğası elan edib.
Tramp administrasiyası ölənlər arasında yüksək çinli Husi fiqurların olduğunu bildirsə də, adı çəkilən qruplaşma faktı təsdiqləməyib.
Husilərin lideri Əbdül Malik Əl-Husi bildirib ki, ABŞ qüvvələri Yəmənə aviahücumlara son qoymayana qədər qruplaşmanın döyüşçüləri Qırmızı dənizdə üzən ABŞ gəmilərini hədəfə almağa davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31