Belarus “Oreşnik”i istifadəyə verəcək - "Sabah Putinlə danışacağıq"
13:03 DünyaBelarus bu ilin sonuna kimi Rusiyanın ən son orta mənzilli "Oreşnik" ballistik raket sisteminin iki buraxılış qurğusunu istifadəyə verməyə hazırdır.
Olaylar.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko "Rossiya-1" televiziyasının "60 dəqiqə" proqramına müsahibəsində bildirib.
"Mən indi bu buraxılış qurğularının istehsalına nəzarət edirəm. Düşünürəm ki, ilin sonuna qədər iki buraxılış qurğusunu istifadəyə verməyə hazır olacağıq", - o deyib.
Prezidentin sözlərinə görə, sistemlərin Belarusda harada yerləşdirilməsi hələ qərarlaşdırılmayıb.
O, məsələni Rusiya Prezidenti Vladimir Putinlə müzakirə edəcəyini bildirib.
"Düşünürəm ki, bu gün və sabah biz Vladimir Putin ilə bu məsələləri müzakirə edəcəyik. Tələsməyə ehtiyac yoxdur. Sabah Orşanın yaxınlığında bir yerə "Oreşnik" qoymağa ehtiyac yoxdur", - Lukaşenko bildirib.