Türkiyədə zəlzələ oldu

Konyada 4,2 bal gücündə zəlzələ baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə AFAD məlumat verib.

14 mart 2025-ci il tarixində saat 14:44-də Konya şəhərinin Kulu rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin dərinliyi 1,6 km olaraq qeydə alınıb.

Konya Böyükşəhər Bələdiyyəsi Fəlakət Koordinasiya Mərkəzi (AKOM) tərəfindən edilən açıqlamada, zəlzələnin heç bir can və mal itkisinə səbəb olmadığı bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31