Kadırov: Sudjada qalan Ukrayna hərbçiləri təslim olsun– ÖZƏL
11:01 DünyaOlaylar.az xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Sudja bölgəsində qalan Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçilərini təslim olmağa çağırıb. O, onların həyatını qorumaq üçün bu addımı atmalarının vacibliyini bildirib.
Telegram kanalında Kadırov USQ-nin sıravi əsgəri Viktorun hekayəsini misal çəkib. Onun sözlərinə görə, Viktor döyüş yoldaşlarından ayrılaraq minaya düşüb və yaralanıb. Daha sonra rusiyalı rabitəçilər onu taparaq yardım göstəriblər.
Kadırov qeyd edib ki, Ukrayna hərbçilərinin Rusiyaya qarşı müharibədən imtina etməsi daha məqsədəuyğundur. O, belə qarşıdurmaların nəticəsinin əvvəlcədən bəlli olduğunu və Rusiyanın hər bir düşməni məğlub edəcəyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31