Tramp: Moskva Ukrayna üzrə “yaxşı siqnallar” verir– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp NATO Baş katibi Mark Rütte ilə görüşündə Rusiyadan "yaxşı siqnallar" gəldiyini bildirib. O, bu sözlərlə Vladimir Putinin atəşkəsə meyilli olması ilə bağlı açıqlamasına münasibət bildirib.

Tramp qeyd edib ki, Moskva sülhə dəstək versə də, əvvəlcə bir sıra məsələlər həll edilməlidir. O, Rusiya ilə aparılan ciddi danışıqlara ümid etdiyini və Ukrayna münaqişəsinin tezliklə bitəcəyini söyləyib.

The Washington Post-un məlumatına görə, Vaşinqton Kiyev ilə mümkün kompromisləri, o cümlədən ərazi güzəştlərini müzakirə edib. Tramp NATO-ya dair əvvəlki tənqidlərinə baxmayaraq, Rütteni "fantastik işinə" görə təqdir edib və tərəflər qarşılıqlı əməkdaşlıq mövzusunda razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31