TV kanalında əməliyyat - 59 nəfər saxlanıldı
10:29 Dünyaİstanbul Baş Prokurorluğu tərəfindən başladılan qanunsuz mərc oyunları istintaqı çərçivəsində Flash TV, Pozitifbank və Payfix-ə dövlət tərəfindən müsadirə edilib.
Olaylar.az xəbər verir ki, şirkətlərin sahibi Erkan K. da daxil olmaqla 59 şübhəliyə qarşı əməliyyat keçirilib.
İstintaqa görə Erkan K. 2014-cü ildə maliyyə sisteminə daxil olub, qanunsuz mərc gəlirləri ilə Payfix-i quraraq xarici mərc saytlarının Türkiyədə fəaliyyətini təmin edib. Saxta hesablarla pulların leqallaşdırıldığı və 4,2 milyard TL-dən çox vəsaitin kripto platformalarına köçürüldüyü müəyyən edilib.
Erkan K.-nın bu qanunsuz gəlirlərlə Pozitifbankı aldığı, müxtəlif şirkətlər quraraq çirkli pulları leqallaşdırdığı iddia edilir. Onun və digər şübhəlilərin əmlaklarına, o cümlədən 23 şirkət, 114 avtomobil, bank və kripto hesabları müsadirə edilib.