Kelloq Ukrayna ilə yaxın əlaqələrinə görə danışıqlardan kənarlaşdırıldı– ÖZƏL
10:17 DünyaOlaylar.az xəbər verir ki, NBC News-in məlumatına görə, ABŞ Prezidenti Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kellog Moskva ilə danışıqlardan uzaqlaşdırılıb. Səbəb kimi onun Kiyevlə sıx əlaqələri və Kreml tərəfindən qəbul edilməməsi göstərilir.
ABŞ administrasiyasının anonim mənbəsi bildirib ki, Kellog "istənilən səviyyədə" deyil və son iki görüşdə iştirak etməyib. 80 yaşlı Kellog Trampın tərəfdarıdır və onun ilk prezidentliyi dövründə müxtəlif vəzifələrdə çalışıb. Politico daha əvvəl onun Ukrayna münaqişəsinin həllindəki rolunun qeyri-müəyyən olduğunu yazmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31