Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə gediblər.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, onlar Dəməşqdə bir sıra rəsmi görüşlər keçirəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31