Moskvada İstilik Elektrik Stansiyasının yerləşdiyi ərazidə yanğın olub.
Olaylar.az xəbər verir ki, yanğının baş vermə səbəbi məlum deyil.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın ərazidəki İES-in fəaliyyətinə təsir göstərmir.
Yanğın məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir.