Zelenski Ukraynada prezident seçkisinin nə vaxt keçiriləcəyini açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə prezident seçkilərinin yalnız müharibə bitdikdən və hərbi vəziyyət ləğv edildikdən sonra keçiriləcəyini açıqlayıb.

O bildirib ki, hazırda ölkədə müharibə şəraiti davam etdiyi üçün seçkilərin təşkili mümkün deyil. Ukrayna Konstitusiyasına görə, hərbi vəziyyət rejimi tətbiq olunan müddətdə seçkilərin keçirilməsi qadağandır.

Zelenski vurğulayıb ki, müharibə başa çatdıqdan və sabitlik təmin edildikdən sonra Ukrayna qanunvericiliyinə uyğun olaraq seçkilər keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31