400 qonaq Bakıya gəlir: mühüm tədbir

400-dək qonağın iştirak edəcəyi XII Bakı Qlobal Forumunda dünya üçün əhəmiyyətli məsələlərin müzakirəsi nəzərdə tutulur.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin bugünkü mətbuat konfransında deyib.

O qeyd edib ki, forumda 50-dən çox ölkədən ekspertlər iştirak edəcək: "Biz 3 gün ərzində faydalı, aktual məsələləri müzakirə edəcəyik. Əsas məqsədimiz müxtəlif məsələlərə dair təcrübəmizi daha da artırmaqdan ibarətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31