Ərdoğan Qəzzalı ailələrlə iftar yeməyində

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Ankarada Fələstindən olan ailələrlə birgə iftar məclisində iştirak edib. 

Olaylar.az xəbər verir ki, tədbirdə Qəzza zolağından olan ailələr qatılıb.

Ərdoğan Beştepe Millet Sergi Salonunda təşkil edilən iftar zamanı çıxış edərək, qəzzalılara dəstəyini bir daha vurğulayıb. Tədbir zamanı qəzzalı uşaqların Ərdoğanın ətrafına toplaşaraq onunla foto çəkdirməsi diqqət çəkib. Xüsusilə, kiçik bir qəzzalı qızın Ərdoğanın alnından öpməsi, Türkiyə mediasında və sosial şəbəkələrdə geniş şəkildə paylaşılıb və böyük maraqla qarşılanıb.

Bu anlar tədbirin duyğusal anlarından biri kimi yadda qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31