ABŞ Nümayəndələr Palatası hökumətin maliyyələşdirilməsinin uzadılmasını təsdiqlədi - ÖZƏL
12 Mart 12:39 DünyaABŞ Nümayəndələr Palatası hökumətin bağlanmasının (şatdaunun) qarşısını almaq üçün maliyyələşdirilmənin 30 sentyabr tarixinə qədər uzadılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Olaylar.az xəbər verir ki, bu barədə The Hill qəzeti məlumat yayıb. Məlumata görə, layihənin lehinə 217, əleyhinə isə 213 konqresmen səs verib.
İndi qanun layihəsi Senata təqdim ediləcək və onun burada qəbul edilməsi "sözün əsl mənasında bir saç telindən asılıdır". Hazırkı maliyyələşdirmə müddəti 14 mart tarixində Vaşinqton vaxtı ilə saat 23:59-da başa çatır.
Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsi hökumətin cari maliyyə ilinin sonuna qədər maliyyələşdirilməsini təmin edəcək. Həmçinin müdafiə proqramlarına ayrılan vəsaitin artırılmasını, lakin qeyri-müdafiə sahələrinə ayrılan vəsaitin azaldılmasını nəzərdə tutur.
Zeynəb Mustafazadə