Üç ölkə İrana görə toplaşır: Masada nələr var?

Çin, Rusiya və İran Tehranın nüvə proqramı ilə bağlı danışıqlar aparacaq.

Olaylar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş martın 14-də Pekində baş tutacaq.

"Məsləhətləşmələrdə Çinin xarici işlər nazirinin müavini Ma Caosyü, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov və İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi iştirak edəcək. Tərəflər İranın nüvə problemi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar", - məlumatda qeyd olunub. (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31