Makron 30 ölkənin hərbçilərinə Ukrayna üçün müraciət etdi - ÖZƏL
12 Mart 11:26 DünyaFransa Prezidenti Emmanuel Makron martın 11-də Parisdə toplanan 30-a yaxın ölkənin Baş Qərargah rəislərini Ukraynanın təhlükəsizliyinə dair etibarlı zəmanətlərin hazırlanması üçün konkret plan üzərində işləməyə çağırıb. Olaylar.az xəbər verir ki, bu barədə Yelisey sarayının bəyanatına istinadən Fransız mediası məlumat yayıb.
Makron qeyd edib ki, sülh danışıqlarının sürətlənməsi fonunda artıq konsepsiyadan konkret plana keçmək lazımdır. "Bu zəmanətlər Ukraynada davamlı və uzunmüddətli sülhü mümkün etmək üçün güvənili olmalıdır", - deyə Fransa Prezidentinin ofisi bildirib.
Toplantıda iştirak edən ölkələr həmçinin razılaşıblar ki, təhlükəsizlik zəmanətləri NATO və onun imkanlarından ayrılmaz olmalıdır. Makronun təşəbbüsü ilə keçirilən beynəlxalq görüşdə Ukraynanın gələcək sülhünün təmin olunması məsələləri müzakirə edilib.
Zeynəb Mustafazadə