Qrenlandiyada seçkilərdə müxalifət öndədir– ÖZƏL
12 Mart 11:02 DünyaOlaylar.az xəbər verir ki, Qrenlandiyada keçirilən parlament seçkilərində müstəqillik referendumu keçirməyi dəstəkləyən müxalifət partiyası Demokraatit liderlik edir. Partiya 29,9% səs toplayıb. Onu 24,1%-lə Naleraq partiyası izləyir. Bu partiya da adanın tezliklə müstəqillik qazanmasını istəyir.
Üçüncü yerdə isə Inuit Ataqatigiit qərarlaşıb. Ötən seçkilərdə 31 yerin 12-ni qazanan bu partiya da Siumut partiyası ilə birlikdə müstəqillik referendumu ideyasını dəstəkləyir, lakin vaxtı hələ dəqiqləşdirilməyib.
Bundan əvvəl Qrenlandiyanın baş naziri Mute Egede adanın gələcəkdə müstəqillik qazana biləcəyini bildirmişdi. ABŞ-nin keçmiş prezidenti Donald Tramp isə Grenlandiyanın gec-tez ABŞ-nin nəzarətinə keçəcəyini demiş, ABŞ-nin ticarət naziri Qovard Latnik Danimarkanın adaya hüququ olmadığını iddia etmişdi.