Zelenski taktikasını dəyişdi: Tramp pis vəziyyətdə qala bilər
10:50 DünyaUkrayna Prezidenti Volodimir Zelenski taktikasını dəyişib.
Olaylar.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Qeyd olunub ki, Ukrayna liderinin Rusiya ilə müvəqqəti atəşkəsə hazır olduğunu bildirməsi bunu sübut edir:
"Yəqin Zelenski ABŞ Prezidenti Donald Trampın münaqişə ilə bağlı müzakirələrdə Rusiya Prezidenti Vladimir Putinə üstünlük verdiyini görüb. Amma Moskva atəşkəslə razılaşsa və sonra geri çəkilsə, Tramp pis, Zelenski isə yaxşı görünəcək".
Nəşr əlavə edib ki, Rusiya daimi atəşkəs barədə qərar verərsə, Tramp Ukrayna ərazisində hərbi münaqişənin bitməsini təmin edəcək.
Xatırladaq ki, bundan əvvəl Ukrayna hər iki tərəfin qarşılıqlı razılığı əsasında Rusiya ilə münaqişədə 30 günlük atəşkəsə başlamağa hazır olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31