Pakistanda 450 girovdan 155-i azad olundu

Pakistanın cənub-qərbində Bəlucistan əyalətində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində qatarda girov saxlanılan 155 sərnişin azad edilib.

Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, qatarda ümumilikdə 450 sərnişin olub və onlar "Bəlucistan Azadlıq Ordusu"nun yaraqlıları tərəfindən girov götürülüblər.

Əməliyyat zamanı girovları saxlayan 27 yaraqlı zərərsizləşdirilib. Xilas edilən bəzi sərnişinlər xəstəxanaya yerləşdirilib, lakin təəssüf ki, silahlılar təxminən on girovu qətlə yetiriblər.

Rəsmi mənbələr xilasetmə əməliyyatının hələ də davam etdiyini bildirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31