İraqda güclü zəlzələ: Türkiyədə hiss edildi - Afterşoklar gözlənilir

İraqın Bitlis-Zaqros bölgəsində 4,8 bal gücündə zəlzələ baş verib.

Olaylar.az xəbər verir ki, yeraltı təkanlar Hakkarinin Yüksekova rayonunda da hiss edilib. Türkiyəli seysmoloq Prof. Dr. Naci Görür isə bölgədə daha çox zəlzələnin ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

"Bu zona Şərqi Anadolu ilə Ərəbistan lövhələri arasında çox sıxılıb. Daha çox zəlzələ gözlədiyimiz bir ərazidir". (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31