“İndi Rusiya “hə-yox” deməlidir”
12 Mart 10:10 DünyaABŞ administrasiyası Ukraynada atəşkəslə bağlı təklifi Rusiyaya çatdırmağı planlaşdırır və Moskvadan müsbət cavab alacağına ümid edir.
Olaylar.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanında Ukrayna nümayəndə heyəti ilə danışıqların yekunu üzrə danışan Dövlət katibi Marko Rubio deyib.
"Biz onlara deyəcəyik: Masada olan budur. Ukrayna atəşi dayandırmağa və danışıqlara başlamağa hazırdır və indi ruslar "hə" və ya "yox" deməli olacaqlar", - o bildirib.
Qeyd edək ki, bu gün Ciddədə baş tutan danışıqlarda Ukrayna ABŞ-nin 30 günlük dərhal atəşkəs təklifini qəbul edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31