Kreml: Rusiya Ukrayna ilə sülh danışıqlarına açıqdır – ÖZƏL
11 Mart 17:08 DünyaRusiya Ukrayna ətrafında sülh danışıqlarına açıqdır və məqsədlərinə diplomatik yollarla nail olmağa üstünlük verir.
Olaylar.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
"Rusiya sülh təşəbbüslərinə, Ukrayna ətrafında sülh yoluyla həllə açıqdır və biz əslində hədəflərimizə dinc və diplomatik yollarla çatmağı üstün tuturuq," - deyə Peskov "Bloomberg"ə bildirib.
O əlavə edib ki, "bu gün və sabah Ukraynanın danışıqlara hazır olub-olmaması vəziyyəti tamamilə dəyişə bilər."
ABŞ Prezidenti Donald Tramp daha əvvəl Volodimir Zelenskidən Ukraynanın sülh danışıqlarına hazır olması ilə bağlı məktub aldığını açıqlamışdı. Sözügedən məktub, Tramp və Zelenski arasında yaşanan gərginlikdən sonra göndərilib. Tramp daha əvvəl Ukrayna liderini "hörmətsizlik etməkdə" və "sülhə hazır olmamaqda" ittiham etmişdi.
Qeyd edək ki, 4 mart 2022-ci ildə Zelenski Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını qüvvəyə mindirib və bu qərar Rusiya Prezidenti Vladimir Putinlə danışıqları istisna edir.