Fueqo vulkanı püskürdü: 30 min insan TƏHLÜKƏDƏ

Qvatemalada 3763 metr hündürlüyündə yerləşən Fueqo vulkanı püskürüb.

Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, 300 ailə təxliyə edilib, 30 min insan təhlükə altındadır. Lava və kül buludları paytaxtın 50 km cənub-qərbində müşahidə olunub. Məktəblər və yollar bağlanıb.

Qeyd edək ki, Fueqo vulkanı dünyanın ən aktiv vulkanlarından biridir. Sonuncu dəfə 2018-ci ildə böyük püskürmədə 215 nəfər həyatını itirmişdi.

Hazırda itki barədə məlumat yoxdur, amma vəziyyət nəzarətdə saxlanılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31