Keçmiş Prezident hava limanında saxlanıldı
11 Mart 16:31 DünyaFilippinin sabiq prezidenti, 2016-2022-ci illərdə ölkəyə rəhbərlik etmiş Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında martın 11-də Manila hava limanında saxlanılıb.
Olaylar.az bildirir ki, bu barədə Filippin hakimiyyətinin bəyanatında deyilir.
Bildirilir ki, polis Duterteni narkotiklərlə mübarizə zamanı insanlığa qarşı törətdiyi cinayətləri araşdıran BCM-nin orderi əsasında nəzarətə götürüb. 79 yaşlı Rodriqo Dutertenin səhhətinin yaxşı olduğu vurğulanıb.
Qeyd edək ki, Dutertenin həbsindən sonra harada saxlandığı və ya BCM-ə təhvil verilməsi üçün nə vaxt Avropaya aparılacağı hələlik bəlli deyil. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31