Pakistanda ekstremistlər qatarın 450 sərnişinini girov götürdü- ÖZƏL

Pakistanın Bəlucistan əyalətində ekstremist qruplaşma olan "Bəlucistan Azadlıq Ordusu" sərnişin qatarına hücum edərək 450-dən çox insanı girov götürüb. Olaylar.az-ın  "France-Presse"-ə istinadən verdiyi xəbərə görə, bu barədə Bəlucistanın dəmir yolu idarəsinin yüksək rütbəli rəsmisi Məhəmməd Kaşif məlumat verib.

Məlumata görə, hücum zamanı qatarın maşinisti yaralanıb. "Bəlucistan Azadlıq Ordusu" məsuliyyəti öz üzərinə götürərək, dəmir yolunu partlatdıqlarını və Pakistanın Sibi rayonunda qatarı ələ keçirdiklərini bəyan edib. AFP-nin polis mənbələrindən biri bildirib ki, qatar dağlarla əhatələnmiş tunelin qarşısında dayanıb və bölgə tamamilə ekstremistlərin nəzarətindədir.

Hazırda Pakistan hökuməti girovların azad edilməsi üçün tədbirlər görür.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31