İlon Mask bir gündə 29 milyard dollar itirdi – ÖZƏL

Amerikalı iş adamı İlon Mask rəhbərlik etdiyi Tesla şirkətinin səhmlərinin kəskin ucuzlaşması səbəbindən bir gün ərzində 29 milyard dollar itirib. 

Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg Milyarderlər İndeksi məlumat yayıb.

Məlumata görə, Maskın sərvəti bir gündə 6,7% azalıb. Ümumilikdə, ilin əvvəlindən bəri onun sərvəti 132 milyard dollar və ya ümumi aktivlərinin 30,5%-i qədər azalıb. Hazırda onun sərvəti təxminən 301 milyard dollar təşkil edir.

Eyni zamanda, Tesla səhmlərinin dəyəri 15,4% azalaraq 222,2 dollar səviyyəsinə düşüb. Yahoo Finance portalının məlumatına əsasən, bu, şirkətin son dövrlərdəki ən ciddi dəyər itkisi hesab olunur.

ABŞ mətbuatının yazdığına görə, ölkədə Tesla əleyhinə etiraz aksiyaları da təşkil olunub. Buna səbəb İlon Maskın nəzarət etdiyi Dövlət Effektivliyi Departamentinin dövlət iş yerlərinin ixtisarı və büdcə azalmaları ilə bağlı fəaliyyəti olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31