Rusiya Avropadan malların idxalını azaldıb- ÖZƏL

Rusiyanın xarici ticarət balansı 2025-ci ilin yanvarında ötən ilin eyni dövrü ilə müqayisədə 4,82 faiz azalaraq 7,9 milyard dollar təşkil edib. Xüsusilə Avropa ölkələrindən idxal 11,05 faiz azalaraq 4,5 milyard dollara düşüb. Olaylar.az xəbər verir ki, bu barədə TASS agentliyi Rusiya Federal Gömrük Xidmətinə istinadən məlumat yayıb.

Eyni zamanda, Avropaya ixrac da 2,62 faiz azalaraq 4,6 milyard dollara enib. Bunun nəticəsində Rusiya ilə Avropa arasında ticarət balansı yanvar ayında sıfıra yaxınlaşıb.

Ümumilikdə Rusiyanın xaricə mal tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 milyard dollar artaraq 29,3 milyard dollara çatıb. İdxal isə 1,3 milyard dollar artaraq 21,4 milyard dollar olub. Əsas ticarət tərəfdaşı Asiya ölkələri olub - bu regiona ixrac 22,4 milyard dollara, idxal isə 15,5 milyard dollara yüksəlib.

Xatırladaq ki, 2024-cü ilin ilk yeddi ayında Rusiyanın müsbət ticarət saldosu 20 faizdən çox artaraq 87,9 milyard dollara çatmışdı. Bunu əsasən xaricdən idxalın kəskin azalması ilə izah edirdilər. İl ərzində ümumi ticarət balansı isə 7,8 faiz artaraq 150,9 milyard dollar olub. Bu, ixracın 2 faiz artması və idxalın 0,8 faiz azalması hesabına baş verib.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31