Amerikalı analitik: NATO-nun Şərqə doğru genişlənməsi səhv idi– ÖZƏL

Olaylar.az xəbər verir ki, American Thinker nəşrinin analitiki Uilyam Sallivan Şimali Atlantika Alyansının (NATO) Şərqə doğru genişlənməsinin strateji səhv olduğunu bildirib.

O, məşhur amerikalı diplomat Corc Kennanın hələ əvvəlcədən Rusiyanın bu genişlənməyə mənfi reaksiya verəcəyini proqnozlaşdırdığını vurğulayıb. Sallivana görə, SSRİ-nin dağılmasından sonra NATO-nun genişlənməsi Moskvanın Qərbin təsirinə dair narahatlığını artırıb.

Analitik həmçinin Henri Kissincerin 1994-cü ildə bəzi Şərqi Avropa ölkələrini "neytral zona" adlandırmasını xatırladaraq, bunun soyuq müharibə siyasətinin davamı kimi qiymətləndirilə biləcəyini qeyd edib.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orbanın Rusiyaya qarşı sanksiyaların uzadılmasına mane olmağa çalışdığı bildirilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31