Lukaşenko Qərb stereotiplərini təkzib edib - ÖZƏL

Belarus Prezidenti Aleksandr Lukaşenko Qərbdə formalaşmış stereotiplərə baxmayaraq, ölkəsinin uğurla inkişaf etdiyini bəyan edib. Olaylar.az xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.

"Qərbin formalaşdırdığı stereotiplərə baxmayaraq, biz uğurla inkişaf edirik. Xaricdən olan təzyiqlərə rəğmən, hərtərəfli potensialımızı artırırıq," - deyə Lukaşenko bildirib.

Dövlət başçısının sözlərinə görə, Belarus tərəfdaşlarına elm, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı və digər sahələrdə illər ərzində qazandığı ən yaxşı nailiyyətləri təqdim edir.

Bundan əvvəl Lukaşenko bildirmişdi ki, ölkəni artıq yeni nəsil idarə edir. Onun sözlərinə görə, yeni kadrlar tədricən vəzifəyə gətirilib, bəzi köhnə məmurlar isə işə uyğun gəlmədikləri üçün əvəzlənib.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31