Peskov: Moskva üzərinə PUA hücumu uğurla dəf edildi– ÖZƏL
11 Mart 2025 13:07 DünyaOlaylar.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva və ətrafına edilən PUA hücumunun qarşısının effektiv şəkildə alındığını bildirib. Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri (PVO) yüksək səviyyədə fəaliyyət göstərib.
Rəsmi məlumatlara əsasən, martın 11-də 74 PUA məhv edilib. Hücum Sumı, Çerniqov və Xarkov vilayətlərindən təşkil olunub. Hadisə nəticəsində ölənlər və yaralananlar var. Rusiya İstintaq Komitəsi bunu terror aktı kimi qiymətləndirərək cinayət işi açıb.
Bundan əlavə, XİN sözçüsü Mariya Zaxarova bu hücumun hazırda Moskvada səfərdə olan ATƏT baş katibinə Kiyevin əsl mahiyyətini göstərəcəyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31