Rusiya ordusu Ukrayna qüvvələrinin təchizat yollarını bağladı – ÖZƏL
11 Mart 2025 13:04 DünyaRusiya Silahlı Qüvvələri Kursk vilayətində Ukrayna ordusunun təchizat yollarını bağlayaraq Kiyev qüvvələrini çətin vəziyyətə salıb.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 82-ci ayrı-ayrı desant-hücum briqadasının hərbçisi məlumat verib.
"The Washington Post" nəşrinə danışan hərbçi vəziyyətin çətin olduğunu bildirib: "Onlar logistika yollarına nəzarət edirlər." Digər Ukrayna hərbi rəsmisi isə qeyd edib ki, ruslar bütün istiqamətlərdən təzyiq göstərirlər və vəziyyət ağırdır.
Qeyd edək ki, Kursk vilayəti 2024-cü il avqustun 6-da Ukraynanın genişmiqyaslı hücumuna məruz qalıb. Hazırda regionda fövqəladə vəziyyət rejimi tətbiq edilib, sərhəd bölgələrindən mülki şəxslər təxliyə olunur. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Kursk bölgəsində gedən döyüşlər nəticəsində Kiyev 64 mindən çox hərbçisini itirib. Ukrayna qüvvələrinin məhv edilməsi əməliyyatı davam edir.