Qırğızıstan və Tacikistan sərhəd razılaşması imzalayır- ÖZƏL
11 Mart 2025 12:55 DünyaQırğızıstan Prezidenti Sadır Caparov və Tacikistan Prezidenti İsmaili Rahmon 12-13 mart tarixlərində Bişkekdə keçirəcək görüşdə sərhəd razılaşmasını imzalayacaqlar.
Olaylar.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakyev jurnalistlərə bildirib ki, dövlət başçıları birgə bəyanat qəbul edəcək, həmçinin Qırğızıstan və Tacikistan arasında dövlət sərhədinə dair müqavilə və digər iki tərəfli sənədlər imzalayacaqlar.
Həmçinin Rahmon, Qırğızıstan Parlamentinin sədri Nurlanbek Turgunbekov və Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev ilə görüşlər keçirəcək.
Qeyd edək ki, 21 fevral tarixində Bişkekdə Qırğızıstan və Tacikistan rəsmiləri sərhədin müəyyənləşdirilməsi ilə bağlı protokol imzaladılar. Qırğızıstan tərəfi, tərəflərin mübahisəli əraziləri qarşılıqlı olaraq dəyişdiyini qeyd edib.
Qırğızıstan və Tacikistan arasında sərhədin uzunluğu təxminən 980 km təşkil edir. Sərhədin müəyyənləşdirilməsi üzrə danışıqlar 2002-ci ildən aparılır və bu məsələnin həlli, hələ də həm Qırğızıstan, həm də Tacikistan arasında zaman-zaman silahlı qarşıdurmalara səbəb olub. Sonuncusu isə 2022-ci ilin payızında baş verib.
Qırğızıstan, Çin, Qazaxıstan, Özbəkistan və Tacikistanla sərhəd bölüşür. Tacikistan sonuncu qonşudur ki, hələ də bütün sərhəd məsələləri tam həll olunmayıb.
Zeynəb Mustafazadə