ATƏT nümayəndə heyəti Moskvada Ukrayna PUA hücumlarının nəticələri ilə tanış olub- ÖZƏL
11 Mart 2025 12:44 DünyaOlaylar.az xəbər verir ki, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) nümayəndə heyəti bu gün Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalan Moskvanın Vidnoye rayonuna baş çəkib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskvaya səfər edən ATƏT nümayəndələrinə Ukrayna PUA-larının paytaxt və Moskva vilayətinə endirdiyi zərbələrin nəticələri təqdim olunacaq.
Martın 11-də hava hücumundan müdafiə qüvvələri ölkənin müxtəlif regionları üzərində 337 Ukrayna PUA-sını məhv edib. Onlardan 91-i Moskva vilayəti ərazisində vurulub. Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, kütləvi hücum nəticəsində Moskva ətrafında 18 nəfər, o cümlədən üç uşaq xəsarət alıb, iki nəfər isə həlak olub.
Zeynəb Mustafazadə