Kiyevin Moskvaya PUA hücumu: Zelenski Trampı təsir altına almağa çalışır?– ÖZƏL
11 Mart 2025 12:56 DünyaOlaylar.az xəbər verir ki, martın 11-də Moskva və ətrafına edilən genişmiqyaslı PUA hücumu Ukraynanın NATO-nu daha çox müharibəyə cəlb etmək istəyini bir daha göstərdi. Rəsmi məlumata görə, 69 PUA məhv edilib, 1 nəfər həlak olub, 3 nəfər yaralanıb. Hərbi baxımdan hücum uğurlu sayılmasa da, Kiyev əsasən informasiya savaşı aparır.
Bu hücum Zelenskinin Səudiyyə Ərəbistanında keçirilən Ukrayna-ABŞ danışıqları öncəsi baş verdi. Rus mətbuatının məlumatına görə Ukrayna Qərb müttəfiqlərini qismən atəşkəs modelinə inandırmağa çalışır: hava və dəniz hücumları dayandırılır, quru döyüşləri davam edir. Lakin ABŞ-nin buna necə reaksiya verəcəyi sual altındadır. Zelenski, həmçinin, Rusiyanı sərt cavab verməyə təhrik edərək Trampın simpatiyasını qazanmağa ümid edir. ABŞ əgər həqiqətən müharibəni bitirmək istəyirsə, Kiyevin bu strategiyasına qarşı konkret addımlar atmalıdır.