SDF və Suriya hökuməti arasında razılaşma: Bütün qurumlar dövlətə inteqrasiya olunur – ÖZƏL

Suriya Demokratik Qüvvələrinin (SDF) rəhbərliyi ilə rəsmi Dəməşq hökuməti arasında razılaşma imzalanıb. Razılaşmaya əsasən, şimal-şərqi Suriyadakı bütün mülki və hərbi qurumlar, o cümlədən sərhəd-keçid məntəqələri, hava limanları, neft və təbii qaz yataqları Suriya dövlət institutlarına inteqrasiya ediləcək. 

Olaylar.az xəbər verir ki, bu barədə bazar ertəsi Suriya Prezident Administrasiyasının yaydığı bəyanatda bildirilib.

Məlumata görə, razılaşma Suriya keçid dövrü prezidenti Əhməd əl-Şəraa və SDF komandanı Mazlum Əbdinin görüşü zamanı əldə olunub. Sənəddə vurğulanıb ki, kürd əhalisi Suriya dövlətinin ayrılmaz hissəsidir və Suriya konstitusiyasına uyğun olaraq vətəndaş hüquqlarına malikdir.

Tərəflər, həmçinin, Suriyanın bütün ərazisində atəşkəs rejiminə riayət etmək barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31