Moskva hava limanlarını bağladı
11 Mart 11:10 DünyaMoskvanın üç hava limanında məhdudiyyətlər tətbiq edilib.
Olaylar.az xəbər verir ki, Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Jukovski hava limanında saat 04:24-dən etibarən uçuşlar dayandırılıb, digər iki hava limanı- Domodedovo və Şeremetyevo oxşar məhdudiyyətlərə məruz qalıb.
Məqsəd mülki təyyarələrin təhlükəsizliyini təmin etməkdir. Eyni zamanda, Vnukovo hava limanına da təsir edən məhdudiyyətlər tətbiq edilib.
Qeyd edək ki, bu gecə Moskva vilayətinə böyük bir pilotsuz təyyarə hücumu baş verib; evlərin pəncərələri sındırılıb, maşınlar alovlanıb və bir neçə insanın təxliyəsi həyata keçirilib.Nəticədə bir nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31