Zaxarova: Ukrayna dron hücumu ilə OBSE səfərini üst-üstə salıb– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Silahlı Qüvvələrinin Moskvaya dron hücumunu şərh edib. Onun fikrincə, Kiyev rəhbərliyi bu hücumu qəsdən, eyni gündə şəhərə ATƏT-in Baş katibi Fəridun Siniroğlunun səfəri ilə üst-üstə salıb.

"Bu, ilk dəfə deyil ki, Moskvaya yüksək rütbəli xarici nümayəndə heyətinin səfəri zamanı Ukrayna dronları hücuma keçir", - deyə Zaxarova Telegram kanalında yazıb.

O, həmçinin vurğulayıb ki, ATƏT-in əsas missiyası Avropada təhlükəsizliyi təmin etmək olsa da, təşkilat artıq bu funksiyasını itirib və "Zelenskinin sponsorları" onu siyasi debat meydanına çeviriblər.

Moskva meri Sergey Sobyanin səhər saatlarında şəhərə onlarla Ukrayna dronunun hücum etdiyini bildirib. Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə sistemləri 60-dan çox dronu məhv edib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov isə hücum nəticəsində bir mülki şəxsin həlak olduğunu açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31